Geri

29 mart 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda "Toyota" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı hasara çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü və sərnişin xəsarət almışlar. Hadisə yerinə gəlmiş xilasedicilər zərərçəkmişlərə ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 10:48-də başa çatmışdır;

Siyəzən rayonu, Ağbaş kəndində (rayon mərkəzindən 6km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 1,4 ton ot yanmışdır. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonu, Kiçik Hamiyə kəndində (rayon mərkəzindən 10km aralı) meşə zolağında kol-kos 1,5ha sahədə yanmışdır. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35kv.m. olan 2 otaqlı fərdi evin yanar konstruksiyaları 20kv.m. sahədə yanmışdır. Yanğın saat 20:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.