Geri

28 mart 2010-cu il, saat 09:00-dək

İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80kv.m. olan köməkçi tikilidə tavanın yanar konstruksiyaları 12kv.m. sahədə yanmışdır. Yanğın saat 10:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Birinci Aşıqlı kəndində (rayon mərkəzindən 100km aralı) vətəndaşa məxsus ümumi sahəsi 110kv.m. olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət fərdi evdə tavanın yanar konstruksiyaları 9kv.m. sahədə yanmışdır. Yanğın saat 15:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu yanmışdır. Yanğın saat 20:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonunda, Muğan-Qarasu yolunun 25-ci kilometrliyində yol kənarında qamışlıq 2ha sahədə yanmışdır. Yanğın saat 23:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Əzizbəyov rayonunda "VAZ" markalı minik avtomobili və "ZİM" markalı yük maşını toqquşmuşlar. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "VAZ" markalı avtomobildə olan 2 nəfər həlak olmuş, 2 nəfər isə xəsarət almışdır. Yaralılar və cəsədlər hadisə yerinə toplaşmış insanlar tərəfindən aidiyyəti üzrə göndərilmişdir. Hadisə yerinə gəlmiş xilasedicilər yanacaq-sürtgü materiallarının ətrafa dağılması nəticəsində baş verə biləcək  təhlükənin qarşısının alınması məqsədilə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 23:51-də başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda XIX-cu əsrin sonlarında inşa olunmuş həyət tipli, əsasən, taxta konstruksiyalardan ibarət olduğu bildirilən üçmərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış hadisəsi baş vermişdir. Nəticədə, ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 256kv.m. olan 5 mənzilin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yanğınsöndürənlərlə yanaşı hadisə yerinə cəlb olunmuş xilasedicilər müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Yanğın yerinin kəşfiyyatı zamanı mənzillərdən birinin sahibi 1937-ci il təvəllüdlü Elmira Axundova və onun həyat yoldaşı 1925-ci il təvəllüdlü Akif Əhmədovun cəsədləri aşkarlanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərriki yanmışdır. Yanğın saat 00:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 8kv.m. olan hamamın yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat
06:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.