Geri

27 mart 2010-cu il saat 09:00-dək

Göyçay rayonu, Qarabağlar kəndi ərazisindəki Yuxarı Şirvan kanalına düşmüşdür. Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri kanala düşdüyü iddia olunan şəxsin axtarışlarına cəlb olunmuşlar. 26 mart 2010-cu il tarixində qeyd olunan şəxsin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:00-da başa çatmışdır;

Ağdaş rayonu, Aşağı Ləki kəndində (rayon mərkəzindən 20km aralı) yol kənarında qamışlıq 2ha sahədə yanmışdır. Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30kv.m. olan köşkdə döşəmənin yanar konstruksiyaları 10kv.m. sahədə yanmışdır. Yanğın saat 21:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100kv.m. olan tövlədə çardağın yanar konstruksiyaları 50kv.m. sahədə yanmışdır. Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qapı təsadüfən kilidlənmişdir. Hadisə yerinə gəlmiş xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə mənzilin qapısını bayır tərəfdən açmış və orada gərgin psixoloji vəziyyətdə olan uşağı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:32-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda uşaq giriş qapısının təsadüfən kilidlənməsi səbəbindən mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqlarından istifadə etməklə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzilin qapısını bayır tərəfdən açmış və orada gərgin psixoloji vəziyyətdə olan uşağı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 01:05-də başa çatmışdır;

Xızı rayonu, Giləzi kəndində (rayon mərkəzindən 21km aralı) vətəndaşa məxsus "Kamaz" markalı yük avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 05:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.