Geri

26 mart 2010-cu il saat 09:00-dək

Qax rayonu, Qaradolaq kəndində (rayon mərkəzindən 45km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları və dam örtüyü ümumilikdə 45kv.m. sahədə yanmışdır. Yanğın saat 12:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150kv.m. olan ikimərtəbəli fərdi evin mətbəxində döşəmənin yanar konstruksiyaları 5kv.m. sahədə və paltaryuyan maşın yanmışdır. Yanğın saat 14:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Məşəd kəndində (rayon mərkəzindən 4km aralı) qamışlıq 3000kv.m. sahədə yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda "Mercedes" və "VAZ" markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, hadisə yerində həlak olmuş 2 nəfər və 2 yaralı avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə qəzaya uğramış avtomobillərin dayaq və digər hissələrini kəsərək yaralıları, Rəna Əyyub qızı Xalıqova ilə Ramin Şirzad oğlu Xalıqovun cəsədlərini oradan çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 18.04-də başa çatmışdır;

Qazax şəhərində broyler şirkəti tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 310kv.m. olan ikimərtəbəli qeyri-yaşayış binasında saman 3kv.m. sahədə yanmışdır. Bina yanğından mühafizə olunmuş, 350 ədəd quş xilas edilmişdir. Yanğın saat 19:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları və avtomobilin ön təkərləri yanmışdır. Yanğın saat 02:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25kv.m. olan köməkçi otaqda dam örtüyünün yanar konstruksiyaları 5kv.m. sahədə yanmışdır. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Pirəzə kəndində (rayon mərkəzindən 35km aralı) vətəndaşa məxsus ümumi sahəsi 168kv.m. olan tövlədə dam örtüyünün yanar konstruksiyaları 84kv.m. sahədə və içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır. 12 baş iri buynuzlu heyvan yanğından xilas edilmişdir. Yanğın saat 04:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir şəhərində vətəndaşa məxsus köməkçi otaqda dam örtüyünün yanar konstruksiyaları 55kv.m. sahədə yanmışdır. Yanğın saat 05:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan şəhərində bəzi ərazilərdə qrunt sularının qalxması müşahidə olunmuşdur. Həmin ərazilərin qrunt sularından təmizlənməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikası cəlb edilmişdir.