Geri

25 mart 2010-cu il saat 09:00-dək

Bakı şəhəri, Qaradağ rayonunda yaşlı qadın giriş qapısının kilidinin sınması səbəbindən mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər qaldırıcı kranla beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin eyvanına qalxaraq içəri daxil olmuş və müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə giriş qapısını açmış, zərərçəkmişlərə müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 10:04-də başa çatmışdır;

Salyan şəhərində bəzi ərazilərdə qrunt sularının qalxması müşahidə olunmuşdur. Həmin ərazilərin qrunt sularından təmizlənməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikası cəlb edilmişdir;

Bakı şəhəri, Nəsimi rayonunda yaşlı qadının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş qapının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzilin qapısını bayır tərəfdən açaraq içəri daxil olmuşlar. Mənzilə baxış keçirilən zaman qadın xəstə vəziyyətdə aşkarlanmışdır. Xəstə xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:50-də başa çatmışdır;

Goranboy rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40kv.m. olan köməkçi tikilidə 400kq ot bağlaması yanmışdır. Yanğın saat 12:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Meşəli kəndində vətəndaşa məxsus həyətyanı sahədə 750kq ot bağlaması yanmışdır. Yanğın saat 13:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Qızılağac kəndində (rayon mərkəzindən 18km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50kv.m. olan tövlədə çardağın yanar konstruksiyaları 10kv.m. sahədə və çardağa yığılmış 100kq ot bağlaması yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın qonşular tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan təsərrüfat malları mağazasında tavanın yanar konstruksiyaları 10kv.m. sahədə yanmışdır. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 200kv.m. olan ikimərtəbəli 4 otaqlı fərdi evdə dəhlizin və pilləkən qəfəsinin yanar konstruksiyaları 30kv.m. sahədə yanmışdır. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40kv.m. olan 2 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yanğın saat 17:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda 5 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:21-də başa çatmışdır;

Xızı rayonu, Baxışlı kəndində (rayon mərkəzindən 17km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda yaşlı qadın və 2 azyaşlı uşaq giriş qapısının kilidinin sınması səbəbindən mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmış, zərərçəkmişlərə müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 19:58-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:54-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən həmin mənzilə qonşu eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilən zaman vətəndaş xəstə vəziyyətdə aşkarlanmışdır. Xəstə xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:38-də başa çatmışdır.