Geri

16 mart 2010-cu il, saat 09:00-dək

Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 2000kv.m. olan birmərtəbəli ət kombinatının inzibati binasında məskunlaşmış ayrı-ayrı məcburi köçkünlərə məxsus ümumi sahəsi 40kv.m. olan 2 otaqlı, ümumi sahəsi 35kv.m. olan 2 otaqlı, ümumi sahəsi 40kv.m. olan 2 otaqlı və ümumi sahəsi 35kv.m. olan 2 otaqlı evin (ümumilikdə 150kv.m.) yanar konstruksiyaları yanmışdır. Hadisə zamanı binada olan 45 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə edilmişdir. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan şəhərində 2 fərdi yaşayış evinin həyətində qrunt sularının qalxması müşahidə olunmuşdur. Həmin ərazilərin qrunt sularından təmizlənməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikası cəlb edilmişdir;

Lənkəran rayonu Osaküçə və Bəliton kəndlərini birləşdirən nəqliyyat yolunda uzunluğu 40m, yamac boyu eni 30m, dərinliyi 0,5-1,0 m olan ərazidə torpaq sürüşməsi baş vermişdir. Hazırda hadisə yerində aidiyyəti qurumlar tərəfindən müvafiq iş aparılır;

15 mart 2010-cu il tarixində saat 14:02-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumatda bildirilirdi ki, Daxili İşlər Nazirliyinin "102" qaynar telefon xəttinə 1 nəfər zəng edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində partlayıcı qurğu yerləşdirilməsini xəbərdar etmişdir. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə Ticarət Mərkəzinin ticarət obyektlərində, xidməti binalarda, digər yardımçı tikililərdə və ətraf ərazidə axtarış işləri aparmışlar. Axtarışlar nəticəsində heç bir partlayıcı qurğu və şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 16:50-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 30kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları ümumilikdə 15kv.m. sahədə yanmışdır. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin avtomobil qarajında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə həmin qarajın qapısını kəsmiş və oraya daxil olmuşlar. Qaraja baxış keçirilərkən 1963-cü il təvəllüdlü Fuad Maqsud oğlu Siraczadə avtomobilin içərisində hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Keçirilmiş ilkin tibbi müayinə nəticəsində F.Siraczadənin dəm qazından boğularaq vəfat etdiyi müəyyən olmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:02-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 6kv.m. olan 1 otaqlı fərdi yaşayış evində 1 ədəd döşək yanmışdır. Hadisə zamanı evdə olan 1 nəfər tüstüdən zəhərlənmişdir. Zərərçəkmiş xəstəxanaya aparılmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın qonşular tərəfindən söndürülmüşdür;

Xaçmaz şəhərində ümumi sahəsi 44kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi yaşayış evinin 1 otağının yanar konstruksiyaları və ev əşyarları ümumilikdə 16kv.m. sahədə yanmış və yüksək temperaturdan digər otağın asma tavanı 16kv.m sahədə ərimişdir. Yanğın saat 05:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda "Mercedes" markalı minik avtomobili sürücününü idarəetməsindən çıxaraq piyadalar üçün nəzərdə tutulmuş yolüstü keçidə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsində olan 2 nəfər həlak olmuş və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər 1974-cü il təvəllüdlü Ayaz Səhhət oğlu Zeynalovun və 1974-cü il təvəllüdlü Nadir Nəsimi oğlu Məmmədovun cəsədlərini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 05:09-da başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı dərəyə aşmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, xəsarət alan olmamışdır. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə hadisə yerində təhlükəsizlik tədbirləri görmüş və nəqliyyat vasitəsini dərədən çıxararq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 05:50-də başa çatmışdır;

Balakən şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 13kv.m. olan hamamın yanar konstruksiyaları 6kv.m. sahədə yanmışdır. Yanğın saat 06:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.