Geri

15 mart 2010-cu il, saat 09:00-dək

Oğuz rayonu, Qumlaq kəndində (rayon mərkəzindən 16km aralı) ümumi sahəsi 176kv.m. olan ikimərtəbəli 7 otaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 58kv.m. sahədə yanmışdır. Yanğın saat 09:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

14 mart 2010-cu il tarixində saat 13:19-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonu Xənəyə kəndində açıq sahədə eni 30m, uzunluğu 50m olmaqla torpaq sürüşməsinin baş verməsi haqqında məlumat daxil olmuşdur. Dərhal aidiyyəti qurumlar məlumatlandırılmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda "Azərenerji" ASC-yə məxsus yarımstansiyada elektrik kabelləri 10p.m. uzunluqda və 2 ədəd ayırıcı yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın sakinlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur;

Bakı şəhəri, Xətai rayonunda "Mersedes" markalı minik avtomobili yolu keçmək istəyən 2 nəfər piyadanı vurmuş və aşaraq yol kənarındakı yaşayış binasının həyətinə düşmüşdür. Nəticədə, piyadalardan biri 1984-cü il təvəllüdlü Aydın Cavid oğlu Rüstəmov hadisə yerində həlak olmuş, digər piyada isə yaralanmışdır. Yaralı xəstəxanaya aparılmış, A.Rüstəmovun cəsədi aidiyyəti üzrə təhvil verilmişdir. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 15:47-də başa çatmışdır;

Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində (rayon mərkəzindən 12km aralı) su kanalının kənarında qamışlıq 2500kv.m. sahədə yanmışdır. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda "PAZ" markalı sərnişin avtobusunun yanar hissələri yanmışdır. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Cumalar kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus ümumi sahəsi 64kv.m. olan tövlədə çardağın yanar konstruksiyaları və oraya yığılmış 1ton ot bağlaması yanmışdır. Hadisə zamanı tövlədə olan 7 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən yanğından xilas olunmuşdur. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda "KİA" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq divara çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü həlak olmuşdur. Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış həmin şəxsin cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:51-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda "Ford", "Mercedes" və "Tofaş" markalı 3 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər üç nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücülərdən biri yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:35-də başa çatmışdır;

Sumqayıt şəhərində yaşayış binalarının həyətində məişət tullantıları 40kv.m. sahədə yanmış, yüksək temperaturdan yaxınlıqda dayanmış "OPEL" markalı minik avtomobilinin qabaq hissəsi qarsalanmışdır. Yanğın saat 08:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.