Geri

12 mart 2010-cu il, saat 17:45-dək

12 mart 2010-cu il tarixində saat 16:30-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Ağaməli oğlu küçəsində yerləşən Təhsil Nazirliyinə məxsus 206 saylı orta məktəbin dam örtüyünün qoparaq yerə düşməsi barədə məlumat daxil olmuşdur. Dərhal nazirliyin xilasediciləri hadisə yerinə cəlb edilmişdir. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, güclü külək nəticəsində ikimərtəbəli orta məktəb binasının dam örtüyü, təxminən, 200kv.m. sahədə qoparaq yerə düşmüşdür. İlkin məlumata görə, xəsarət alan olmamışdır. Hazırda hadisə yerində qəzanın aradan qaldırılması istiqamətində iş aparılır.
Geri

12 mart 2010-cu il, saat 16:35-dək

12 mart 2010-cu il tarixində saat 12:15-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsi, 10/11 ünvanında binanın uçması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin xilasediciləri hadisə yerinə cəlb edilmiş və aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1946-cı ildə inşa olunmuş ikimərtəbəli yaşayış binası qismən uçmuşdur. İlkin məlumata görə, xəsarət alan olmamışdır. Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Geri

12 mart 2010-cu il, saat 09:00-dək

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 9kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və həmin tikilinin içərisinə yığılmış əşyalar tamamilə yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın qonşular tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda 2 ədəd "BMW" markalı və 1 ədəd "Tavriya" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, hər üç nəqliyyat vasitəsi deformasiyaya uğramış, "BMW" markalı nəqliyyat vasitələrinin sürücüləri yaralanmışlar. Xilasedicilər yaralılara ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 17:48-də başa çatmışdır;

Biləsuvar rayonunda yol kənarında "Azərenerji" ASC-yə məxsus elektrik dirəyi qismən yanmışdır. Yanğın saat 19:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda "Niva" markalı minik avtomobili dərinliyi, təxminən, 1-1,5 metr, sahəsi 8-10kv.m. olan xəndəyə düşərək deformasiyaya uğramışdır. Xilasedicilər xüsusi texnika vasitəsilə həmin avtomobili xəndəkdən çıxarmış və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 20:18-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda 3 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər həmin mənzilin qapısının bayır tərəfdən açılması üçün müvafiq hazırlıq işləri apararkən mənzilin qapısı içəridə olan şəxs tərəfindən açılmışdır. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, həmin şəxslər yatmış vəziyyətdə olduqlarından giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab verməmişlər. Əməliyyat saat 00:37-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 80kv.m. olan 2 otaqlı qapı-pəncərə sexində 2 ədəd plastik qapı və fəhlələrə məxsus geyim əşyaları 3kv.m. sahədə yanmışdır. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Qaradağlı kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və oraya yığılmış 500kq ot tayası yanmışdır. Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:00-da başa çatmışdır;

12 mart 2010-cu il tarixində saat 01:33-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizinin Çilov adası yaxınlığında Rusiya Federasiyası Dağıstan Respublikasının "Qrand" şirkətinə məxsus "MRS Kayakend" adlı balıqçı gəmisinin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin yaxın ərazidə xidmətdə olan Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürmə gəmisi hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, balıqçı gəmisi yarıyadək batmış, gəminin göyərtəsində olan 15 nəfər isə xilasetmə qayıqlarında dənizə çıxmışlar. Nazirliyin xilasediciləri zərərçəkmişlərdən 6-nı və hadisə yerinə gəlmiş Xəzər Dəniz Neft Donanmasına məxsus 2 gəmi isə qalan 9 nəfəri xilas etmişdir. Xilasetmə əməliyyatına Nazirliyin 1 ədəd vertolyotu da cəlb olunmuşdur.

Küləkli hava şəraitinin xilasetmə əməliyyatını çətinləşdirməsinə baxmayaraq, qəzaya uğramış "MRS Kayakend" gəmisinin sahilə gətirilməsi üçün müvafiq tədbirlər görülür.