Geri

11 mart 2010-cu il, saat 17:20-dək

Daxil olmuş məlumata əsasən, 10-11 mart 2010-cu il tarixlərində Biləsuvar və Lerik rayonlarında bəzi ərazilərdə hava şəraiti kəskin dəyişmiş, külək əsmişdir. Qeyd olunan rayonlarda enerji təsərrüfatına ziyan dəydiyi, bəzi tikililərin dam örtüyünün zədələndiyi bildirilmişdir. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür.

Bakı şəhəri, Əzizbəyov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70kv.m. olan hinin yanar konstruksiyaları tamamilə yanmışdır. Hadisə zamanı hinin içərisində olan 200 ədəd toyuq və 1000 ədəd cücə tələf olmuşdur. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 mart 2010-cu il, saat 15:45-dək

10 mart 2010-cu il tarixində axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daxili İşlər Nazirliyinin Samux rayon Polis Şöbəsindən daxil olmuş məlumata əsasən, Samux rayon sakinləri 1966-cı il təvəllüdlü Asif Yaqub oğlu Əhmədov və 1972-ci il təvəllüdlü Rəfail Kamal oğlu Vəliyev Mingəçevir su anbarında balıq tutmaq məqsədi ilə evdən çıxmış və bir daha geri qayıtmamışlar. Daxil olmuş müraciət əsasında 11 mart 2010-cu il tarixindən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qeyd olunan su hövzəsində batdığı ehtimal olunan şəxslərin axtarışlarına cəlb olunublar;

Bakı şəhəri, Nəsimi rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmış və içəri daxil olmuşlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:07-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, ruhi xəstə olan həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmış və içəri daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış zərərçəkmiş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:43-də başa çatmışdır.

Geri

11 mart 2010-cu il, saat 09:00-dək

Muğan Regional Mərkəzindən daxil olmuş məlumata əsasən, Salyan şəhərində bəzi ərazilərdə qrunt sularının qalxması müşahidə olunmuşdur. Həmin ərazilərin qrunt sularından təmizlənməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikası cəlb edilmişdir;

Gədəbəy rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80kv.m. olan tövlədə dam örtüyünün yanar konstruksiyaları 40kv.m. sahədə yanmışdır. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda Gözdən Əlillər Cəmiyyətinə məxsus Toxuculuq fabrikinin ərazisində ümumi sahəsi 6kv.m. olan gözətçi otağında çarpayı qismən yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın fabrikin işçiləri tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Adilə Tiabrazovna Sergeyevanın yanmış cəsədi aşkarlanmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır;

Yardımlı rayonu, Bozayran kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96kv.m. olan tövlədə dam örtüyünün yanar konstruksiyaları 96kv.m. sahədə yanmışdır. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:41-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda 3 nəfər onmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:55-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus 67 saylı orta məktəbin yerləşdiyi, 1897-ci ildə inşa olunduğu (əsasən, taxta konstruksiyalı) bildirilən və ümumi sahəsi 1900 kv.m. olan üçmərtəbəli binada yanğın olmuşdur. Nəticədə, məktəbin 3-cü mərtəbəsində 7 sinif otağının yanar konstruksiyaları və içərisindəki əşyalar ümumilikdə 200kv.m. sahədə, habelə, binanın çardağının yanar konstruksiyaları 1700kv.m. sahədə (ümumilikdə 1900kv.m.) yanmışdır. Hadisə zamanı məktəbdə olan 35 şagird yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Hadisə yerinə yanğınsöndürənlərlə yanaşı cəlb edilmiş xilasedicilər müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Məktəbin qalan hissəsi, həmçinin, yaxınlıqdakı binalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğının səbəbi araşdırılır.

Ağcabədi şəhərində "Azərenerji" ASC-yə məxsus transformatorun sayğacı yanmışdır. Yanğın saat 19:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Pirkəkə kəndində (rayon mərkəzindən 14km aralı) Pirkəkə Kənd Bələdiyyəsinə məxsus ərazidə kol-kos 4,5ha sahədə yanmışdır. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda "Kamaz" markalı yük avtomobili "BMW" markalı minik avtomobili ilə toqquşmuşdur. Nəticədə, minik avtomobilinin sürücüsü
1983-cü il təvəllüdlü Samir Əli oğlu Quliyev hadisə yerində həlak olmuş və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər S.Quliyevin cəsədini nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:52-də başa çatmışdır;

Qax rayonu, Tasmalı kəndində (rayon mərkəzindən 30km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90kv.m. olan tövlədə dam örtüyünün yanar konstruksiyaları 40kv.m. sahədə yanmışdır. Hadisə zamanı tövlədə olan 3 baş iribuynuzlu heyvan və 20 ədəd quş yanğınsöndürənlər tərəfindən yanğından xilas olunmuşdur. Yanğın saat 01:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonu, Şəfdağal kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan tövlədə dam örtüyünün yanar konstruksiyaları 20kv.m. sahədə yanmışdır. Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.