Geri

10 mart 2010-cu il, saat 09:00-dək

Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 40kv.m. olan 2 otaqlı mənzildə yataq dəsti yanmışdır. Hadisə zamanı mənzildə olan ev sahibi yanğınsöndürənlər tərəfindən xilas edilmişdir. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından enərək
3-cü mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilən zaman zərərçəkmiş hamam otağında xəstə vəziyyətdə aşkarlanmışdır. Vətəndaşa xilasedicilər tərəfindən müvafiq yardım göstərilmişdir. Əməliyyat saat 16:22-də başa çatmışdır;

Masallı rayonu, Kalinovka kəndində həyətyanı sahədə 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, 7-ci Qayıdış qəsəbəsində (rayon mərkəzindən 32km aralı) ümumi sahəsi 72kv.m. olan 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və içərisindəki ev əşyaları tamamilə yanmışdır. Yanğın saat 17:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmış və mənzilə daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1992-ci il təvəllüdlü Pərvin Mirzə qızı Əsgərova tavandan asılmış vəziyyətdə aşkarlanmışdır. Xilasedicilər P.Əsgərovanın cəsədini tavandan endirmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 19:05-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində "Azərenerji" ASC-yə məxsus 7 ədəd elektrik sayğacı yanmışdır. Yanğın saat
02:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur;

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 5kv.m. olan ayaqqabı təmiri köşkünün yanar konstruksiyaları və içərisindəki əşyalar tamamilə yanmışdır. Yanğın saat 04:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda 6 məcburi köçkün ailəsinin yaşadığı və ümumi sahəsi 150kv.m. olan tikilidə yanğın baş vermişdir. Nəticədə, tikili tamamilə yanmışdır. Yanğın saat 08:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı 2006-cı il təvəllüdlü Rəksanə Ramin qızı Məmmədovanın cəsədi aşkarlanmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.