Geri

09 fevral 2010-cu il, saat 09:00-dək

İsmayıllı rayonu, Pirdinar kəndində həyətyanı sahədə 7 ton ot bağlaması yanmışdır. Yanğın saat 09:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Lahıc qəsəbəsində ümumi sahəsi 135kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 4kv.m. sahədə yanmışdır. Yanğın saat 11:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 25kv.m. olan 1 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və həmin evdə olan əşyalar tamamilə yanmışdır. Yanğın saat 13:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda "Abşeron" əməliyyat şirkətinə məxsus diametri 100mm olan magistral qaz xəttində partlayış baş vermişdir. Yanğın hadisəsi baş verməmişdir. Nəticədə qaz xəttinin 60p.m. hissəsi yararsız vəziyyətə düşmüşdür. Yanğınsöndürənlər hadisə yerində növbə çəkmiş, şirkət işçiləri qəzanı aradan qaldırmışdır. İlkin ehtimala görə, partlayışa qaz təzyiqinin artması səbəb olmuşdur. Hadisə ilə əlaqədar araşdırma aparılır;

Bakı şəhəri, Sabunçu rayonunda fərdi yaşayış evinin həyətində ümumi sahəsi 70kv.m. olan köşkün yanar konstruksiyaları və həmin köşkdə olan ev əşyaları tamamilə yanmışdır. Yanğın saat 15:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 8-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:16-da başa çatmışdır;

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən Mənzil İstismar Sahəsinə məxsus ümumi sahəsi 30kv.m. olan otaqda elektrik qutusu, elektrik kabeli 1p.m. və məişət tullantıları 2kv.m. sahədə yanmışdır. Yanğın saat 03:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.