Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və yaxınlıqda olan hasarın 5p.m. hissəsi yanmışdır. Yanğın saat 09:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Sabunçu rayonunda "UAZ" markalı avtomobilin yanar hissələri yanmışdır. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Cəlilabad rayonu, Göytəpə qəsəbəsində həyətyanı sahədə 500kq ot bağlaması yanmışdır. Yanğın saat 18:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Goranboy şəhərində ümumi sahəsi 100kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 5kv.m. sahədə yanmışdır. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nərimanov rayonunda "Kamaz" markalı yük avtomobilinin salon hissəsi yanmışdır. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Xilasedicilər hadisə yerinə baxış keçirmiş və köməyə ehtiyacı olan insanların olmadığını müəyyən etmişlər. Əməliyyat saat 20:59-da başa çatmışdır;
Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzillərdən birində qeyri-müəyyən qoxunun gəlməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər həmin mənzilə daxil olan qaz və elektrik xəttinin şəbəkədən ayrılmasını təmin etmiş və həmin mənzilə pəncərədən daxil olmuşlar. Heç kimin olmadığı mənzilə baxış keçirilərkən qaz sobasının açıq olduğu və üzərində olan xörəyin yandığı müəyyən olunmuşdur. Xilasedicilər baş verə biləcək yanğın təhlükəsinin qarşısını almışlar. Əməliyyat saat 00:46-da başa çatmışdır;
Bakı şəhəri, Əzizbəyov rayonunda ümumi sahəsi 35kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi yaşayış evinin döşəməsinin yanar konstruksiyaları 2kv.m. sahədə və 1 ədəd divan yanmışdır. Yanğın saat 01:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Rasim Ramiz oğlu Həşimovun cəsədi aşkarlanmışdır. Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;
Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 2500kv.m. olan şüşə sexinin yanar konstruksiyaları 400kv.m. sahədə yanmışdır. Yanğın saat 02:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 48kv.m. olan vaqon tipli yaşayış otağının yanar konstruksiyaları və həmin vaqonda olan ev əşyaları tamamilə yanmışdır. Yanğın saat 05:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Füzuli rayonu, Bala Bəhmənli kəndində ümumi sahəsi 96kv.m. olan tövlənin yanar konstruksiyaları 66kv.m. sahədə və həmin tövlənin damına yığılmış 5 ton ot bağlaması yanmış, 2 baş iribuynuzlu heyvan tələf olmuşdur. 5 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən yanğından xilas edilmişdir. Yanğın saat 05:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağcabədi rayonu, Hacıbədəlli kəndində vətəndaşa məxsus avtomobil yuma məntəqəsində avtomobil yuyan aparat yanmışdır. Yanğın saat 08:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.