Bakı şəhəri, Sabunçu rayonunda "Opel" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 11:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Tərtər rayonu, Küçərli kəndində ümumi sahəsi 256kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 24kv.m. sahədə yanmışdır. Yanğın saat 11:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Beyləqan şəhərində ümumi sahəsi 80kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları tamamilə yanmışdır. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
İmişli rayonu, Soltanmuradlı kəndində ümumi sahəsi 117kv.m olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 30kv.m. sahədə yanmışdır. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Səbail rayonunda 1 nəfəri elektrik cərəyanı vurması haqqında məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, 1985-ci il təvəllüdlü Asəf Arif oğlu Musayev elektrik şitinin içərisinə yıxılmış və cərəyan vurması nəticəsində vəfat etmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə A.Musayevin cəsədini elektrik şitinin içərisindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 19:26-da başa çatmışdır;
Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 500kv.m. olan polietilen materialları istehsalı sexində dam örtüyünün yanar konstruksiyaları və içərisində olan əşyalar ümumilikdə 80kv.m. sahədə yanmışdır. Yanğın saat 23:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qax rayonu, Qaxbaşı kəndində ümumi sahəsi 51kv.m. olan fərdi yaşayış evinin mətbəxinin yanar konstruksiyaları 30kv.m. sahədə yanmışdır. Yanğın saat 03:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.