Geri

05 fevral 2010-cu il, saat 14:30-dək

Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış bu şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:57-də başa çatmışdır.

Geri

05 fevral 2010-cu il, saat 09:00-dək

Xaçmaz rayonu, Niyazoba kəndi yaxınlığında dənizdə balıqçı qayığı çevrilmişdir. Nəticədə, qayıqda olan iki nəfər dənizə duşmuşdur. Hazırda batdıqları ehtimal edilən həmin şəxslərin axtarışları dalğıc-xilasedicilər tərəfindən aparılır. İlkin ehtimala görə, hadisəyə güclü külək səbəb olmuşdur;

Bakı şəhəri, Əzizbəyov rayonunda "Mercedes-Benz" və "İsuzu" markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, xəsarət alanlar olmuşdur. Yaralılar xəstəxanaya aparılmışdır. Xilasedicilər yanacaq-sürtgü materiallarının ətrafa dağılması nəticəsində baş verə biləcək təhlükənin qarşısını almaq məqsədilə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 19:16-da başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda "BMW" markalı minik avtomobilinin mühərriki yanmışdır. Yanğın saat 07:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 170kv.m. olan ikimərtəbəli 3 mənzildən ibarət yaşayış evinin yanar konstruksiyaları və həmin mənzillərdə olan əşyalar ümumilikdə 140kv.m. sahədə yanmışdır. Dağılmış konstruksiyalar altında qalmış 1 nəfər yaralı şəxs və 1 ev heyvanı yanğınsöndürənlər tərəfindən xilas edilmiş, 4 nəfər təxliyyə olunmuş, həmçinin, bitişik evlər yanğından mühafizə olunmuşdur. Yaralı xəstəxanaya aparılmışdır. Yanğın saat 07:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.