Geri

04 fevral 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin eyvanından enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1938-ci il təvəllüdlü Qorskiy Viktor Dimitriyeviç hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. İlkin müayinə zamanı həmin şəxsin vəfat etdiyi müəyyən olunmuşdur. Xilasedicilər V.Qorskinin cəsədini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:20-də başa çatmışdır:

Qəbələ rayonu, Nic qəsəbəsində ümumi sahəsi 72kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 19:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda azyaşlı bir uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin eyvanından keçərək giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz qalan uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:15-də başa çatmışdır;

Sumqayıt şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 8-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış bu şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:00-da başa çatmışdır;

Masallı rayonu, Binəxocavar kəndində fərdi yaşayış evinin həyətində ümumi sahəsi 80kv.m. olan dülgər sexinin yanar konstruksiyaları 48kv.m. sahədə və həmin sexin içərisinə yığılmış taxta materiallar qismən yanmışdır. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.