Geri

04 fevral 2010-cu il, saat 16:45-dək

Bakı şəhəri, Əzizbəyov rayonunda "Mercedes-Benz" və "VAZ" markalı minik avtomobilləri toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Mercedes-Benz" markalı avtomobilin sürücüsü yaralanaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər yaralını avtomobildən çıxarmış, ona ilkin tibbi yardım göstərərək aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 14:51-də başa çatmışdır.
Geri

04 fevral 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin eyvanından enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1938-ci il təvəllüdlü Qorskiy Viktor Dimitriyeviç hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. İlkin müayinə zamanı həmin şəxsin vəfat etdiyi müəyyən olunmuşdur. Xilasedicilər V.Qorskinin cəsədini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:20-də başa çatmışdır:

Qəbələ rayonu, Nic qəsəbəsində ümumi sahəsi 72kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 19:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda azyaşlı bir uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin eyvanından keçərək giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz qalan uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:15-də başa çatmışdır;

Sumqayıt şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 8-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış bu şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:00-da başa çatmışdır;

Masallı rayonu, Binəxocavar kəndində fərdi yaşayış evinin həyətində ümumi sahəsi 80kv.m. olan dülgər sexinin yanar konstruksiyaları 48kv.m. sahədə və həmin sexin içərisinə yığılmış taxta materiallar qismən yanmışdır. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.