Geri

03 fevral 2010-cu il, saat 13:00-dək

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250kv.m. olan qapı-pəncərə sexinin yanar konstruksiyaları 5kv.m. sahədə yanmışdır. Yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

03 fevral 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda "Mercedes-Benz" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda 2 uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi
alət və avadanlıqlar vasitəsilə həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə olan uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:18-də başa çatmışdır;

Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 70kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi yaşayış evinin 1 otağının tavanının yanar konstruksiyaları 15kv.m. sahədə və həmin otaqda olan yataq dəsti qismən yanmışdır. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Əzizbəyov rayonunda ümumi sahəsi 100kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 20kv.m. sahədə yanmışdır. Yanğın saat 20:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 10kv.m. olan köşkün yanar konstruksiyaları və həmin köşkə yığılmış əşyalar tamamilə yanmışdır. Yanğın saat 23:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində ümumi sahəsi 1200kv.m. olan üçmərtəbəli otelin reklam lövhəsi 2kv.m. sahədə və həmin otelin yanar konstruksiyaları 3kv.m. sahədə yanmışdır. Hadisə zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən yanğından xilas olunmuşdur. Yanğın saat 23:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış bu şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:18-də başa çatmışdır.