Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1928-ci il təvəllüdlü şəxs qapının dəfələrlə döyülməsinə və uzunmüddətli telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından enərək 5-ci mərtəbədə yerləşən həmin mənzilə daxil olmuşlar. Mənzilə baxış keçirilərkən zərərçəkmiş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Keçirilmiş müayinə nəticəsində həmin şəxsin xəstə olduğu müəyyən olunmuşdur. Xilasedicilər hadisə yerində zərərçəkmişə ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 14:34-də başa çatmışdır.
Saatlı rayonu, Köçbəyli kəndində ümumi sahəsi 36kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və həmin evdə olan əşyalar tamamilə yanmışdır. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nəsimi rayonunda iyirmiikimərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbələrində yerləşən, vətəndaşa məxsus idman-sağlamlıq mərkəzinin 2-ci mərtəbəsində ümumi sahəsi 550kv.m. olan saunanın yanar konstruksiyaları 54kv.m. sahədə yanmışdır. Binanın 5 sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuş, idman-sağlamlıq mərkəzinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 180kv.m. olan mağazada tavanın yanar konstruksiyaları 42kv.m. sahədə yanmışdır. Yanğın saat 02:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.