Geri

02 fevral 2010-cu il saat 09:00-dək

Şəmkir rayonu, Xar-xar kəndində "NİVA" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Əhmədbəyli kəndində həyətyanı sahədə ümumi sahəsi 24kv.m. olan talvarın altına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Qarapapaq kəndində ümumi sahəsi 300kv.m olan ikimərtəbəli 9 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 100kv.m. sahədə yanmışdır. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Seyidkənd kəndində həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Köçərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 160kv.m. olan talvarının yanar konstruksiyaları və həmin talvarın altına yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Qaratorpaq kəndində həyətyanı sahədə 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 80kv.m. olan 4 otaqlı mənzildə  mətbəxin yanar konstruksiyaları və orada olan əşyalar ümumilikdə 10kv.m. sahədə yanmışdır. Yanğın saat 04:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə şəhərində ümumi sahəsi 192kv.m. olan ikimərtəbəli 7 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları ümumilikdə 50kv.m. sahədə yanmışdır. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində "Opel" markalı minik atomobili yük qatarı ilə toqquşmuşdur. Nəticədə, minik avtomobilində olan 1958-ci il təvəllüdlü Əzim Həkim oğlu Əliyev hadisə yerində həlak olaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər Ə.Əliyevin cəsədini nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 07:49-da başa çatmışdır;

Sumqayıt şəhərində Sumqayıt Şəhər Bələdiyyəsinin yerləşdiyi ümumi sahəsi 500kv.m. olan ikimərtəbəli binanın yanar konstruksiyaları və orada olan əşyalar 30kv.m. sahədə yanmışdır. Yanğın saat 08:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.