Geri

19 fevral 2010-cu il, saat 09:00-dək

Yevlax rayou, Tanrıqulular kəndində ümumi sahəsi 144kv.m. olan hazırda vətəndaşlar tərəfindən yaşayış evi kimi istifadə olunan məktəb binasının yanar konstruksiyaları qismən yanmışdır. Həmin tikiliyə bitişik olan uşaq bağçası yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu Qaradolaq kəndində "Kamaz" markalı yük avtomobilinin kuzovu və içərisinə yığılmış 6 ədəd yataq dəsti 18kv.m. sahədə yanmışdır. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 234kv.m. olan qarışıq mallar mağazasının yanar konstruksiyaları və həmin mağazanın içərisində olan ərzaq malları ümumilikdə 117kv.m. sahədə yanmışdır. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.