Geri

18 fevral 2010-cu il, saat 09:00-dək

17 fevral 2010-cu il tarixində saat 09:30 radələrində Bakı-Krasnovodsk marşrutu ilə hərəkət edən Xəzər Dəniz Gəmiçilik İdarəsinə məxsus "Qarabağ" yük gəmisindən 1 nəfər dənizə düşmüşdür. Həmin şəxsin axtarışlarına nazirliyin Aviasiya dəstəsinin 1 vertolyotu və Xəzər Dəniz Neft Donanmasının 2 gəmisi cəlb edilib. Hazırda axtarışlar davam edir; 

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış bu şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:24-də başa çatmışdır;

Bakı şəhəri, Əzizbəyov rayonunda "Azərenerji" ASC-yə məxsus transformatorun sarğıları və yağı yanmışdır. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına transformatorun həddən artıq yüklənməsi səbəb olmuşdur;

Bakı şəhəri, Yasamal rayonunda "ARAZ-A-MTK" tikinti şirkəti tərəfindən inşa olunmuş onyeddimərtəbəli yaşayış binasının şaxtasında elektrik naqilinin 120 p.m. hissəsi yanmışdır. Yanğınsöndürənlər tərəfindən yanğın zamanı binada olan 12 nəfər sakin təxliyyə edilmiş, mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur.