Geri

18.02.2010-cu il, saat 10:40-dək

Bakı şəhəri, Nərimanov rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər onüçmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin eyvanından enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 09:10-da başa çatmışdır;

Saat 09:30 radələrində Bakı şəhəri, Səbail rayonunda yerləşən kafedə partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Yanğın hadisəsi olmamışdır. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, partlayış nəticəsində 2 nəfər xəsarət almışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüş və əraziyə baxış keçirmişlər. Nəticədə, baş verə biləcək təhlükənin və köməyə ehtiyacı olan insanların olmadığını müəyyən etdikdən sonra ərazi aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:02-də başa çatmışdır. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olmuşdur. Hazırda hadisə yerində müvafiq araşdırma aparılır;

Saat 09:50 radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən kafedə partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. İlkin məlumata görə, partlayış nəticəsində kafenin qapı və pəncərələri çərçivədən çıxmış, yanğın hadisəsi və xəsarət alan olmamışdır. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olmuşdur. Hazırda hadisə yerində müvafiq araşdırma aparılır.

Geri

18 fevral 2010-cu il, saat 09:00-dək

17 fevral 2010-cu il tarixində saat 09:30 radələrində Bakı-Krasnovodsk marşrutu ilə hərəkət edən Xəzər Dəniz Gəmiçilik İdarəsinə məxsus "Qarabağ" yük gəmisindən 1 nəfər dənizə düşmüşdür. Həmin şəxsin axtarışlarına nazirliyin Aviasiya dəstəsinin 1 vertolyotu və Xəzər Dəniz Neft Donanmasının 2 gəmisi cəlb edilib. Hazırda axtarışlar davam edir; 

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış bu şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:24-də başa çatmışdır;

Bakı şəhəri, Əzizbəyov rayonunda "Azərenerji" ASC-yə məxsus transformatorun sarğıları və yağı yanmışdır. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına transformatorun həddən artıq yüklənməsi səbəb olmuşdur;

Bakı şəhəri, Yasamal rayonunda "ARAZ-A-MTK" tikinti şirkəti tərəfindən inşa olunmuş onyeddimərtəbəli yaşayış binasının şaxtasında elektrik naqilinin 120 p.m. hissəsi yanmışdır. Yanğınsöndürənlər tərəfindən yanğın zamanı binada olan 12 nəfər sakin təxliyyə edilmiş, mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur.