İsmayıllı şəhərində ümumi sahəsi 480kv.m. olan 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 6kv.m. sahədə yanmışdır. Yanğın saat 17:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının pilləkan qəfəsində elektrik lövhəsindən çıxan kabelin 2 p.m. hissəsi və ətrafda olan məişət tullantıları 2kv.m. sahədə yanmışdır. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış bu şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 20:58-də başa çatmışdır;
Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən qeyd olunan şəxs yataqda xəstə vəziyyətdə aşkarlanmışdır. Xilasedicilər zərərçəkmişi aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 21:49-da başa çatmışdır.