Geri

16 fevral 2010-cu il, saat 17:30-dək

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 340kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və evdə olan əşyalar ümumilikdə 40kv.m. sahədə yanmışdır. Yanğın saat 09:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 40kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 fevral 2010-cu il, saat 15:30-dək

Daxil olmuş məlumata əsasən, 15 fevral 2010-cu il tarixində Respublika ərazisində temperaturun anomal dəyişməsi dağlarda qarın əriməsinə səbəb olmuşdur. Nəticədə, Xızı rayonunun, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin, Yaşma yaşayış məntəqəsinin bəzi hissələrini, həmçinin, Bakı-Quba yolunun 49-cu km-də sel suları yaranmışdır.

Hazırda aidiyyəti qurumlar tərəfindən yerlərdə müvafiq tədbirlər görülür;

Qəbələ şəhərində "Mercedes-Benz" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxmış və yol kənarındakı işıqlandırma dirəyinə çırpılaraq dərəyə düşmüşdür. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, xəsarət alan olmamışdır. Xilasedicilər xüsusi texnika vasitəsilə avtomobili dərədən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 16:23-də başa çatmışdır.

Geri

16 fevral 2010-cu il, saat 14:00-dək

Daxil olmuş məlumata əsasən, 15-16 fevral 2010-cu il tarixlərində axşamdan başlayaraq respublikanın Daşkəsən və Gədəbəy rayonlarında hava şəraiti kəskin dəyişmiş, saniyədə 23-32 metr surətlə cənub-qərb küləyi əsmişdır. Nəticədə, qeyd olunan rayonlarda bəzi fərdi və inzibati obyektlərə, həmçinin, elektrik təsərrüfatlarına ziyan dəymişdir.

Hazırda yerlərdə dəymiş ziyanın araşdırılması və nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Geri

16 fevral 2010-cu il, saat 09:00-dək

Gədəbəy rayonu, Yenikənd kəndində ümumi sahəsi 200kv.m. olan ikimərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 20kv.m. sahədə yanmışdır. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Bəhramtəpə qəsəbəsində ümumi sahəsi 108kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 13:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Mirzəxan kəndində ümumi sahəsi 70kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və həmin evdə olan əşyalar ümumilikdə 40kv.m. sahədə yanmışdır. Yanğın saat 14:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda yerli şirkətlərdən birinə məxsus ümumi sahəsi 2000kv.m. olan anbarda plastik  borular və döşəklər 15kv.m. sahədə yanmışdır. Anbarın qalan hissəsi və yaxınlıqdakı 30 tonluq 2 ədəd yanacaq çəni yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Pirəppə kəndində ümumi sahəsi 170kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və həmin evdə olan əşyalar tamamilə yanmışdır. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 100kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 80kv.m. sahədə və evdə olan əşyalar qismən yanmışdır. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Nohurqışlaq kəndində ümumi sahəsi 110kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 45kv.m. sahədə yanmışdır. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqları vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış və gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:30-da başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda 2 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldırmış və zərərçəkmişlərin liftdən çıxmalarına şərait yaratmışlar. Əməliyyat saat 17:51-də başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda yerləşən kafelərin birində partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 180kv.m. olan kafenin yeməkxanasında yanğınla davam edən partlayış baş vermiş və nəticədə 6 nəfər xəsarət almış, kafenin yanar konstruksiyaları 20kv.m. sahədə yanmış, kafenin və yaxınlıqdakı obyektlərin pəncərə şüşələri qırılmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Kafenin qalan hissəsi və yaşayış binası yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Xilasedicilər hadisə yerində təhlükəsizlik tədbirləri görmüş və əraziyə baxış keçirmişlər. Nəticədə, baş verə biləcək təhlükənin və köməyə ehtiyacı olan insanların olmadığını müəyyən etdikdən sonra xilasedicilər ərazini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:56-da başa çatmışdır. İlkin ehtimala görə, hadisəyə məişət qaz balonunun partlaması səbəb olmuşdur. Faktla əlaqadar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Sabirabad şəhərində ümumi sahəsi 153kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 4kv.m. sahədə yanmışdır. Yanğın saat 18:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonu, Zingüləş kəndində ümumi sahəsi 99kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və evdə olan əşyalar tamamilə yanmışdır. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində MKİS-nə məxsus ümumi sahəsi 80kv.m. olan 3 otaqdan ibarət köməkçi tikilinin yanar konstruksiyaları və həmin tikilidə olan təsərrüfat avadanlıqları ümumilikdə 20kv.m. sahədə yanmışdır. Yanğın saat 08:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.