Saat 17:20-də daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda yerləşən kafelərdən birində yanğınla davam edən partlayış baş vermişdir. Dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları cəlb edilmişdir. İlkin məlumata görə, 6 nəfər xəsarət alıb, kafenin qapı və pəncərələri cərçivədən çıxıb və 15kv.m. sahəsi yanıb. Hazırda xilasetmə əməliyyatı davam edir.
Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, həmin mənzildən kəskin qaz iyi gəlir. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüş və 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olaraq giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən qeyd olunan şəxslər hərəkətsiz vəziyyətdə aşkarlanmışlar. İlkin müayinə zamanı 1959-cu il təvəllüdlü Telman Şəmistan oğlu Əhmədovun vəfat etdiyi, digər zərərçəkmişin isə dəm qazından zəhərləndiyi müəyyən olunmuşdur. Xilasedicilər T.Əhmədovun cəsədini və zərərçəkmişi aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 11:28-də başa çatmışdır;
Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 20kv.m. olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və mənzildə olan əşyalar ümumilikdə 10kv.m. səhədə yanmışdır. Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sabirabad rayonu, Axça kəndində ümumi sahəsi 54kv.m. olan 2 otaq və aynabənddən ibarət fərdi yaşayış evinin yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın qonşular tərəfindən söndürülmüşdür. Yanğın barədə məlumat yanğın söndürüləndən sonra verilmişdir.