Geri

13 fevral 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 100kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin tavanının yanar konstruksiyaları 15kv.m. sahədə və ev əşyaları qismən yanmışdır. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:23-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda onaltımərtəbəli yaşayış binasının pilləkən qəfəsində yerləşən elektrik qutusunda 4 ədəd sayğac və kabellərin üzlüyünün 5p.m. hissəsi yanmışdır. Yanğın saat 23:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30kv.m. olan qarajda dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 06:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.