Geri

12 fevral 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmış və mənzilə daxil olmuşlar. Mənzilə baxış keçirilərkən qeyd olunan şəxs yataqda xəstə vəziyyətdə aşkarlanmışdır. Xilasedicilər zərərçəkmişə hadisə yerində ilkin yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 01:46-da başa çatmışdır;

Lənkəran rayonu, Təzəkənd kəndində ümumi sahəsi 150kv.m. olan ikimərtəbəli 5 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 48kv.m. sahədə yanmışdır. Yanğın saat 05:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.