Geri

12 fevral 2010-cu il, tarixdə saat 16:56-dək

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 90 kv.m. olan birmərtəbəli 6 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 6 kv.m. sahədə yanmışdır. Yanğın saat 10:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 48 kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi yaşayış evində tavanın yanar konstruksiyaları və həmin evdə olan "SAMSUNG" markalı televizor, "BEKO" markalı paltaryuyan maşın və "Dnepr" markalı soyuducu ümumilikdə 18 kv.m. sahədə yanmışdır. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 fevral 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmış və mənzilə daxil olmuşlar. Mənzilə baxış keçirilərkən qeyd olunan şəxs yataqda xəstə vəziyyətdə aşkarlanmışdır. Xilasedicilər zərərçəkmişə hadisə yerində ilkin yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 01:46-da başa çatmışdır;

Lənkəran rayonu, Təzəkənd kəndində ümumi sahəsi 150kv.m. olan ikimərtəbəli 5 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 48kv.m. sahədə yanmışdır. Yanğın saat 05:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.