Geri

11 fevral 2010-cu il, saat 16:38-dək

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və həmin tikilinin içərisindəki əşyalar yanmışdır. Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 fevral 2010-cu il, saat 09:00-dək

Abşeron rayonu, Atyalı qəsəbəsində ümumi sahəsi 20kv.m. olan gözətçi köşkünün içərisinə yığılmış əşyalar yanmışdır. Yanğın saat 14:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 100kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və həmin evdə olan əşyalar tamamilə yanmışdır. Yanğın saat 15:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 150kv.m. olan birmərtəbəli 5 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 25kv.m. sahədə və ev əşyaları qismən yanmışdır. Yanğın saat 17:08-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Gədəzeyxur kəndində ümumi sahəsi 340kv.m. olan ikimərtəbəli 8 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları ümumilikdə 100kv.m. sahədə yanmışdır. Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci kilometrliyində torpaq sürüşməsi haqqında məlumat daxil olmuşdur. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qeyd edilən ərazidə uzunluğu təqribən 200m radiusda torpaq sürüşməsi baş vermişdir. Hazırda sürüşmə davam edir. Nazirliyin xilasediciləri və aidiyyəti qurumların nümayəndələri hadisə yerindədirlər;

Saatlı rayonu, Nərimankənd kəndində ümumi sahəsi 180kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 25kv.m. sahədə yanmışdır. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saat 22:20 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunda təbii və texnogen amillərin təsiri nəticəsində sürüşmə hadisəsi baş vermişdir. Bu ərazidə sürüşmə təhlükəli sahələr avtomobil yolunun 2-ci, 5-8-ci kilometrliyində mövcuddur. Baş vermiş torpaq sürüşməsi ilə əlaqədar nazirliyin Şimal-qərb Regional Mərkəzinin əməkdaşları və xilasediciləri hadisə yerindədirlər. Sürüşmə baş verən ərazi Ağsu çayının sahilində yerləşir və sürüşmə sahəsinin uzunluğu 400-500m, eni 30-70m, qırılma qaşının hündürlüyü 3-5m-dir. Torpaq sürüşməsinin baş verdiyi Muğanlı-İsmayıllı avtomobil yolunda sürüşmə fasilələrlə davam edir və saatda 1-1,3 metrədək məsafədə torpaq axını müşahidə olunur.

Təhlükənin qarşısının alınması məqsədilə hazırda nazirliyin Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazi nəzarətə götürülmüşdür.  

Bakı şəhəri, Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində 8 ədəd elektrik sayğacı yanmışdır. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes-Benz" markalı mikroavtobus "Toyota" və "Mercedes-Benz" markalı 2 minik avtomobilləri ilə toqquşmuşdur. Nəticədə, nəqliyyat vasitələri deformasiyaya uğramış, minik avtomobillərinin sürücüləri yaralanmışlar. Xilasedicilər yaralılara hadisə yerində ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, yanacaq-sürtgü materiallarının ətrafa dağılması nəticəsində baş verə biləcək təhlükənin qarşısını almaq məqsədilə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 23:29-da başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 250kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 60kv.m. sahədə yanmışdır. Yanğın saat 02:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Baki şəhəri, Nizami rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət edərək müvafiq alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərəçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 04:02-də başa çatmışdır;

Abşeron rayonunda "Azərenerji" ASC-yə məxsus olan transformatorun sarğıları, yağı və ətrafına dağılmış yağ 100kv.m. sahədə yanmışdır. Yaxınlıqdakı digər transformatorlar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:30-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.