Geri

10 fevral 2010-cu il, saat 12:26-dək

9 fevral 2010-cu il tarixdə saat 21:30-da Qəbələ şəhərində "VAZ" markalı nəqliyyat vasitəsi sürücünün idarəetməsindən çıxaraq dərəyə düşmüşdür. Nəticədə, xəsarət alan olmamışdır. Xilasedicilər xüsusi texnika vasitəsi ilə avtomobili dərədən çıxarmış və hadisə yerində təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 21:53-də başa çatmışdır.

Geri

10 fevral 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:27-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən metronun "Nəsimi" stansiyasının mətbəxində elektrik kabellərinin üzlüyünün 2p.m. hissəsi yanmışdır. Yanğın saat 14:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200kv.m. olan tikinti materialları mağazasının içərisində olan dülgər sexində taxta materiallar 50kv.m. sahədə yanmışdır. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 90kv.m. olan birmərtəbəli 5 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 20kv.m. sahədə yanmışdır. Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 100kv.m. olan birmərtəbəli 5 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və həmin evdə olan əşyalar 20kv.m. sahədə yanmışdır. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik kabellərinin üzlüyünün 50p.m. hissəsi yanmışdır. Xilasedicilər və yanğınsöndürənlər binada olan 40 nəfər sakini müvafiq xilasetmə avadanlıqları ilə təmin etmiş və hadisə yerindən təxliyyə edərək aidiyyəti üzrə təhvil vermişlər. Yanğın saat 20:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonu, Qarağan kəndində ümumi sahəsi 240kv.m. olan ikimərtəbəli 5 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.