Sabirabad rayonu, Xəlifli kəndində həyətyanı sahədə 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 00:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində İstilik Elektrik Stansiyasının Kür sahili su nasosxanasında qəza baş vermişdir. Yanğın hadisəsi baş verməmişdir. Nəticədə, nasosxanada suyun səviyyəsi qalxmışdır. Hazırda qəzanın aradan qaldırılması üçün yanğınsöndürmə avtomobilləri hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür;
Bakı şəhəri, Binəqədi rayonunda "Daewoo" və "İveco" markalı 2 sərnişin avtobusu toqquşmuşdur. Nəticədə, "Daewoo" markalı avtobusun sürücüsü 1954-cü il təvəllüdlü Ramiz Cümşüd oğlu Seyfullayev, həmin avtobusda olan 1 nəfər sərnişin və "İveco" markalı avtobusda olan 1 nəfər sərnişin həlak olaraq deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılmış vəziyyətdə qalmışlar. Xilasedicilər həmin şəxslərin cəsədlərini avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, yanacaq-sürtgü materiallarının ətrafa dağılması nəticəsində baş verə biləcək təhlükənin qarşısını almaq məqsədilə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 08:08-də başa çatmışdır.