Geri

09 dekabr 2010-cu il, saat 17:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin otaqlarından birinin qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və xüsusi alət və avadanlıqlar vasitəsilə otağın qapısını, sonra isə giriş qapısını açmışlar. Bununla da vətəndaşa xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir.  Əməliyyat saat 14:31-də başa çatmışdır.
Geri

09 dekabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda hazırda fəaliyyət göstərməyən üçmərtəbəli sanatoriya binasının 1-ci mərtəbəsində məskunlaşmış məcburi köçkünə məxsus ümumi sahəsi 20kv.m olan 1 otağın yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 10kv.m sahədə yanmışdır. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 380kv.m olan ikimərtəbəli 8 otaqlı fərdi evdə yanğınla davam edən partlayış hadisəsi baş vermişdir. Nəticədə, həmin evin 1-ci mərtəbənin dəhlizinin asma tavanı 10kv.m sahədə dağılmış, qapılar yerindən çıxmış, 1-ci və 2-ci mərtəbələrdə otaqlarının divarlarında çatlar əmələ gəlmiş, dam örtüyünün yanar konstruksiyaları 1kv.m sahədə yanmış, həmçinin, hadisə zamanı evdə olan şəxs müxtəlif dərəcəli yanıq xəsarətləri almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olmuşdur;

Lənkəran rayonu, Siyavar kəndində (rayon mərkəzindən 18km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 40kv.m sahədə və həmin tövlənin çardağına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonu, Padar kəndində vətəndaşa məxsus ümumi sahəsi 28kv.m olan köməkçi otağın yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonu ərazisində "Mitsubishi" markalı minik və "Kamaz" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücülər yaralanmış, minik avtomobilində olan 2 nəfər həlak olmuşdur. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik işləri görmüşlər. Əməliyyat saat 07:17-də başa çatmışdır.