Geri

07 dekabr 2010-cu il, saat 17:10-dək

Bakı şəhəri, Dənizkənarı Milli Parkda dənizin nəzarət olunmayan hissəsində aşkarlanmış cəsəd Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:00-da başa çatmışdır.
Geri

07 dekabr 2010-cu il, saat 16:30-dək

Bakı şəhəri, Nizami rayonunda giriş qapısının kilidinin sınması nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:07-də başa çatmışdır.
Geri

07 dekabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən parkdakı qazanxanada partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Qeyd olunan əraziyə baxış keçirilərkən məlum olmuşdur ki, hadisə zamanı qazanxanada olan və müxtəlif dərəcəli yanıq xəsarətləri almış 3 şəxs xəstəxanaya aparılmışdır. Xilasedicilər hadisə yerinə toplaşmış insanları təhlükəsiz məsafəyə uzaqlaşdırmış və qəzanın baş verdiyi ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Ərazi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:49-da başa çatmışdır. İlkin ehtimala görə, partlayışa yüksək təzyiqli borularda baş vermiş qəza səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır;

Gədəbəy rayonu, Göyəlli kəndində Göyəlli Kənd Bələdiyyəsinə məxsus ərazidə 2ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 8-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:51-də başa çatmışdır;

İsmayıllı rayonu, Güyüm kəndində (rayon mərkəzindən 24km aralı) meşə ərazisində 5ha sahədə kol-kos və xəzəl yanmışdır. Meşə ərazisindəki ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 1 nəfər mənzildə köməksiz vəziyyətə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə onaltımərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Bununla da xilasedicilər tərəfindən vətəndaşa müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 05:27-də başa çatmışdır.