Geri

FHN nümayəndə heyəti Avstriya Respublikasında rəsmi səfərdə olmuşdur

Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin Mülki müdafiə, böhran və fövqəladə hallar idarəsinin dəvəti ilə fövqəladə hallar nazirinin müavini general-mayor Etibar Mirzəyevin rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti cari ilin 29 noyabr - 1 dekabr tarixlərində həmin ölkədə səfərdə olmuşdur.

Azərbaycan və Avstriyanın fövqəladə halların idarə edilməsi üzrə müvafiq qurumları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədilə səfərdə olan Nazirliyin nümayəndə heyəti Avstriya Respublikasının Federal Daxili İşlər Nazirliyinin Mülki müdafiə, böhran və fövqəladə hallar idarəsinin rəhbərliyi ilə görüş keçirmiş, Yanğınsöndürmə Xidmətinin, Böhran vəziyyətlərində idarəetmə mərkəzinin "112" zəng xidmətinin və digər müvafiq qurumların fəaliyyəti ilə tanış olmuşdur.

Geri

06 dekabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Səbail rayonunda teleqüllənin yaxınlığında partlamamış döyüş sursatının aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatın 125mm çap altı mərmisi olduğu müəyyən edilmişdir. Xilasedicilər tərəfindən həmin mərmi aidiyyəti üzrə təhvil verilmiş, həmçinin, hadisə yerinə təkrar baxış keçirilmişdir. Nəticədə, ərazidə digər döyüş sursatı aşkar edilməmişdir. Əməliyyat saat 12:54-də başa çatmışdır;

Gədəbəy rayonu, Göyəmli kəndi ərazisində 2ha sahədə kol-kos və xəzəl yanmışdır. Ərazidə olan ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1967-ci il təvəllüdlü Mişaşkili Vladimir Mixayloviç turnikdən asılı vəziyyətdə aşkarlanmışdır. V.Mişaşkilinin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:02-də başa çatmışdır;

Saatlı rayonu, Şirinbəy kəndində (rayon mərkəzindən 35km aralı) ümumi sahəsi 126kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət fərdi evdə tavanın yanar konstruksiyaları 24kv.m sahədə yanmışdır. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad şəhərində ümumi sahəsi 200kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 100kv.m sahədə yanmışdır. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi 1926-cı il təvəllüdlü Aslan Adışirin oğlu Babaşovun və onun nəvəsi 2007-ci il təvəllüdlü Raqif Ramil oğlu Babaşovun cəsədi aşkarlanmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır;

Qax rayonu, Qaşqaçay kəndində (rayon mərkəzindən 45km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 9 ton ot tayası yanmışdır. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 20kv.m olan 1 otaq və aynabənddən ibarət mənzilin yanar konstruksiyaları 12kv.m sahədə yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər binanın 4-cü mərtəbəsindən 10 nəfər sakinin təxliyyəsini həyata keçirmişlər. Yanğın saat 00:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi 1966-cı il təvəllüdlü Elşad Nurəddin oğlu Həsənovun və onun qızı 2010-cu il təvəllüdlü Xədicə Elşad qızı Həsənovanın cəsədi aşkarlanmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır;

Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin qapısının açılması üçün müvafiq şərait yaratmışlar. Mənzilə baxış keçirilərkən vətəndaşın əl damarlarını kəsərək intihara cəhd etməsi müəyyən olunmuşdur. Xilasedicilər həmin şəxsə hadisə yerində ilkin tibbi yardım göstərdikdən sonra vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:19-da başa çatmışdır.