Geri

05 dekabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 8-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:40-da başa çatmışdır;     

Saatlı rayonu, Bəylər kəndində (rayon mərkəzindən 5km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gədəbəy rayonu, Ataxal kəndində (rayon mərkəzindən 24km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 25kv.m sahədə və həmin tövlənin damına yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Mirqurbanlı kəndində (rayon mərkəzindən 15km aralı) ümumi sahəsi 77kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 50kv.m sahədə yanmışdır. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan-Qaradağ avtomobil yolunun 52-ci kilometrliyində "Qazel" və "Kamaz"  markalı 2 yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Qazel" markalı avtomobilin sürücüsü 1952-ci il təvəllüdlü Vəliyəddin Səfərov həlak olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə V.Səfərovun cəsədini nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 04:49-da başa çarmışdır;

Bakı şəhəri, Yasamal rayonunda "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıqlandırma dirəyinə çırpılmış və aşaraq dərəyə düşmüşdür. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 06:59-da başa çatmışdır.