Geri

04 dekabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Bakı Metropoliteninin "Nəriman Nərimanov" stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər və hadisə yerində olan hüquq-mühafizə orqanlarının mütəxəssislərinin apardıqları birgə axtarış işləri nəticəsində həmin stansiyada şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 15:45-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 80kv.m olan ikimərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 18kv.m sahədə yanmışdır. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lerik rayonu, Şingədulan kəndində (rayon mərkəzindən 22km aralı) vətəndaşa məxsus ümumi sahəsi 133kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 84kv.m sahədə və həmin tövlənin çardağına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.