Geri

31 dekabr 2010-cu il, saat 09:00-dək

Abşeron rayonu ərazisində Bakı-Sumqayıt avtomobil yolunda "BMW" markalı minik və "Kamaz" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, minik avtomobilinin yanar hissələri yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər "Kamaz" markalı avtomobili yanğından mühafizə etmişlər. Yanğın saat 13:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, Çobanabdıllı kəndində (rayon mərkəzindən 4km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Qaralar kəndində (rayon mərkəzindən 19km aralı) vətəndaşa məxsus ümumi sahəsi 2400kv.m olan quşçuluq fermasının dam örtüyünün yanar konstruksiyaları yanmış, hadisə zamanı fermanın içərisində olan 10000 ədəd cücə tələf olmuşdur. Fermanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 30kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 19:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Kəlfərəc kəndində (rayon mərkəzindən 42km aralı) meşə zolağının ərazisində kol-kos və xəzəl 2ha sahədə yanmışdır. Meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Yalavac kəndində (rayon mərkəzindən 6km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 80kv.m olan vətəndaşa məxsus 4 otaqlı mənzilin 1 otağı 12kv.m sahədə yanmışdır. Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonu, Muğanlı qəsəbəsində (rayon mərkəzindən 12km aralı) ümumi sahəsi 160kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin birinci mərtəbəsində 1 otağın tavanı 15kv.m sahədə yanmışdır. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.