İsmayıllı rayonu, Müdri kəndində Müdri Kənd Bələdiyyəsinə məxsus ərazidə 5ha sahədə kol-kos yanmışdır. Meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xızı rayonu, Yeni Yaşma kəndində (rayon mərkəzindən 42km aralı) Yeni Yaşma Kənd Bələdiyyəsinə məxsus ərazidə 1,5ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qazax rayonu, Daş Salahlı kəndində (rayon mərkəzindən 13km aralı) fərdi yaşayış evinin həyətyanı sahəsində 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Quba rayonu, İspiq kəndində (rayon mərkəzindən 20km aralı) İspiq Kənd Bələdiyyəsinə məxsus ərazidə 0,5ha sahədə kol-kos yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın vətəndaşlar tərəfindən söndürülmüşdür.