Geri

30 dekabr 2010-cu il, saat 16:20-dək

Bakı şəhəri, Binəqədi rayonunda məişət tullantılarının atıldığı ərazidə döyüş sursatlarının aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin və müvafiq qurumların mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatların döyüş başlığı olmayan 361 ədəd 125mm-lik tank əleyhinə mərmilər olduğu müəyyən edilmişdir. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini və aşkarlanmış mərmilərin xüsusi nəqliyyat vasitəsinə yüklənərək aidiyyəti qurumların mütəxəssislərinin müşayiəti ilə xüsusi ayrılmış əraziyə aparılmasını təmin etmişlər. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə təkrar baxış keçirilmişdir. Nəticədə, ərazidə şübhəli əşya aşkarlanmamışdır. Əməliyyat saat 12:10-da başa çatmışdır.
Geri

30 dekabr 2010-cu il, saat 09:00-dək

İsmayıllı rayonu, Müdri kəndində Müdri Kənd Bələdiyyəsinə məxsus ərazidə 5ha sahədə kol-kos yanmışdır. Meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından  mühafizə olunmuşdur. Yanğın saat 13:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xızı rayonu, Yeni Yaşma kəndində (rayon mərkəzindən 42km aralı) Yeni Yaşma Kənd Bələdiyyəsinə məxsus ərazidə 1,5ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Daş Salahlı kəndində (rayon mərkəzindən 13km aralı) fərdi yaşayış evinin həyətyanı sahəsində 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, İspiq kəndində (rayon mərkəzindən 20km aralı) İspiq Kənd  Bələdiyyəsinə məxsus ərazidə 0,5ha sahədə kol-kos yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın vətəndaşlar tərəfindən söndürülmüşdür.