Tərtər rayonu, Bürüc kəndində (rayon mərkəzindən 6km aralı) vətəndaşa məxsus ümumi sahəsi 75kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 12kv.m sahədə və çardağa yığılmış 750kq ot bağlaması yanmışdır. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nəsimi rayonunda, Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər və hadisə yerində olan hüquq-mühafizə orqanlarının mütəxəssislərinin apardıqları birgə axtarış işləri nəticəsində həmin stansiyada və yaxınlıqda şübhəli əşya aşkar edilməmişdir. Əməliyyatı saat 20:10-da başa çatmışdır;
Bakı şəhəri, Nərimanov rayonunda, Bakı Metropoliteninin "Nəriman Nərimanov" stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər və hadisə yerində olan hüquq-mühafizə orqanlarının mütəxəssislərinin apardıqları birgə axtarış işləri nəticəsində həmin stansiyada və yaxınlıqda şübhəli əşya aşkar edilməmişdir. Əməliyyatı saat 21:10-da başa çatmışdır;
Bərdə rayonu, Qazaxlar kəndində (rayon mərkəzindən 26km aralı) ümumi sahəsi 225kv.m olan birmərtəbəli 5 otaqlı fərdi evin yanar konstruksiyaları 175kv.m sahədə yanmışdır. Yanğın saat 20:34-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Samux şəhərində ümumi sahəsi 100kv.m olan 2 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları 64kv.m sahədə yanmışdır. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
İsmayıllı rayonu, Güyüm kəndində (rayon mərkəzindən 22km aralı) meşə zolağının ərazisində 5ha sahədə kol-kos və xəzəl yanmışdır. Meşə ərazisində olan ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.2