Geri

29 dekabr 2010-cu il, saat 09:00-dək

21 dekabr 2010-cu il tarixində Qəbələ rayonu, Solqıca kəndində (rayon mərkəzindən 30km aralı) Şahdağ Milli Parkının ərazisində yanğın baş vermişdir. Nəticədə, 10ha sahədə quru ağaclar, kol-kos və xəzəl yanmışdır. Meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın 28 dekabr 2010-cu il tarixində saat 15:30-da yanğınsöndürənlər, meşə təsərrüfatı işçiləri və kənd əhalisinin birgə səyi nəticəsində söndürülmüşdür;

Şəki rayonu, Qoxmux kəndində (rayon mərkəzindən 3km aralı) vətəndaşa məxsus ümumi sahəsi 528kv.m olan mebel sexinin dam örtüyünün yanar konstruksiyaları 30kv.m sahədə yanmışdır. Yanğın saat 17:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 52kv.m olan 3 otaqlı fərdi evin yanar konstruksiyaları 42kv.m sahədə yanmışdır. Yanğın saat 19:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdam rayonu, Böyükbəyli kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus ümumi sahəsi 64kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və həmin tövlənin damına yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 1500kv.m olan avtosalonda divarın yanar konstruksiyaları 120kv.m sahədə yanmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüş, yanğınsöndürənlər avtosalonun qalan hissəsini və həmin salonun içərisində olan 20 minik avtomobilini yanğından mühafizə etmişlər. Yanğın saat 21:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Xilmilli kəndində (rayon mərkəzindən 28km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 24 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Muğanlı kəndində (rayon mərkəzindən 24km aralı) ümumi sahəsi 135kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları əşyalarla birlikdə 95kv.m sahədə yanmışdır. Yanğın saat 02:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Qaraməmmədli kəndində (rayon mərkəzindən 38km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 12 ton ot bağlaması yanmışdır. Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Hacallı kəndində (rayon mərkəzindən 23km aralı) ümumi sahəsi 198kv.m olan 4 otaqlı fərdi evin yanar konstruksiyaları əşyalarla birlikdə 24kv.m sahədə yanmışdır. Yanğın saat 08:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.