Geri

27 dekabr 2010-cu il, saat 17:30-dək

Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 20kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 11:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 126kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evdə mətbəxin yanar konstruksiyaları 12kv.m sahədə yanmışdır. Yanğın saat 11:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus həyətyanı sahədə 1,4 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Dədəqorqud kəndində (rayon mərkəzindən 14km aralı) vətəndaşa məxsus ümumi sahəsi 21kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yaxınlıqdakı fərdi ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə edilmişdir. Yanğın saat 12:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gədəbəy rayonu, Daşbulaq kəndində (rayon mərkəzindən 7km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 dekabr 2010-cu il, saat 09:00-dək

Şəmkir şəhərində ümumi sahəsi 110kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin mətbəxində tavanın yanar konstruksiyaları 10kv.m sahədə yanmışdır. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Qardili-2 kəndində (rayon mərkəzindən 15km aralı) ümumi sahəsi 192kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 84kv.m sahədə yanmışdır. Yanğın saat 13:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Yeddioymaq kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus ümumi sahəsi 32kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 5kv.m sahədə və həmin tikilinin içərisinə yığılmış 800kq ot bağlaması yanmışdır. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Qaralar kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Musalı kəndində (rayon mərkəzindən 35km aralı) ümumi sahəsi 120kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.