Geri

26 dekabr 2010-cu il, saat 09:00-dək

Salyan rayonu, Seyidsadıqlı kəndində (rayon mərkəzindən 9km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30kv.m sahədə yanmışdır. Yanğın saat 12:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Məmmədoba kəndində (rayon mərkəzindən 21km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və həmin tövlənin çardağına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 80kv.m olan 3 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 40kv.m sahədə yanmışdır. Yanğın saat 16:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Karrar kəndində (rayon mərkəzindən 24km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 12 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasının zirzəmisindəki avtomobil dayanacağında "Land-Rover" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi, "Prado" markalı minik avtomobilinin arxa hissəsi və "Mercedes" markalı minik avtomobilinin salon və arxa hissələri yanmışdır. Həmin avtomobillərin qalan hissəsi, dayanacaqda olan 50 ədəd minik avtomobili və yaşayış binası yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Nəsimi kəndində (rayon mərkəzindən 14km aralı) Nəsimi Kənd Bələdiyyəsinə məxsus ümumi sahəsi 25kv.m olan birmərtəbəli bərbərxananın yanar konstruksiyaları tamamilə yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan 3 otaqlı ofisin yanar konstruksiyaları 15kv.m sahədə yanmışdır. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.