Geri

24 dekabr 2010-cu il, saat 09:00-dək

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasında döyüş sursatının aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərkən aşkarlanmış sursatın 1 ədəd  partlamamış "F-1" markalı əl qumbarası olduğu müəyyənləşdirilmişdir. Xilasedicilər və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən hadisə yerinə əlavə baxış keçirilmişdir. Nəticədə, həmin ərazidə digər şübhəli əşya aşkar edilməmişdir. Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:00-da başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs telefon zənglərinə və qapının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilin qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 18:20-də başa çatmışdır;

Ağcabədi rayonu, Qaradolağ kəndində (rayon mərkəzindən 23km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10kv.m sahədə və həmin tikilinin yaxınlığında yığılmış 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü və 4-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə qaldırmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:23-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda Azərbaycan Universitetinin yeddimərtəbəli binasının ümumi sahəsi 3000kv.m olan mansardasının yanar konstruksiyaları 5kv.m sahədə yanmışdır. Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Köhnə Xudat kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus ümumi sahəsi 32kv.m olan talvarın altına yığılmış 3,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Şıxlı kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 254kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40kv.m sahədə və həmin tövlənin içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 23:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda "Suraxanı Oil" əməliyyat şirkətinə məxsus ərazidə ümumi sahəsi 10kv.m olan operator otağının yanar konstruksiyaları və yaxınlıqdakı mazutlu sahə 1200kv.m sahədə yanmışdır. Yaxınlıqdakı nasosxana və yaşayış evləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Ağabəyli kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus müəssisənin yardımçı təsərrüfatının ərazisinə yığılmış 80 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbəsində dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 04:59-da başa çatmışdır;

Goranboy rayonu, Səfikürd kəndində (rayon mərkəzindən 10km aralı) Təhsil Nazirliyinə məxsus ikimərtəbəli orta məktəb binasının 1-ci mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 60kv.m olan mağaza kimi istifadə edilən yeməkxananın yanar konstruksiyaları və içərisinə yığılmış ərzaq malları yanmışdır. Məktəb binasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.