Geri

23 dekabr 2010-cu il, saat 18:00-dək

Bakı şəhəri, Yasamal rayonunda Azərbaycan Milli Elmlər Akademiyasına məxsus ərazidə yerləşən ümumi sahəsi 30kv.m olan tikilinin yanar konstruksiyaları 6kv.m sahədə və həmin tikilinin içərisində yerləşən transformatorun sarğıları və yağı yanmışdır. Yanğın saat 12:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus lyukun içərisində yerləşən telefon kabelləri yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın yaxınlıqdan keçən su daşıyan avtomobil tərəfindən söndürülmüşdür.

Geri

23 dekabr 2010-cu il, saat 09:00-dək

Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində iki azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:21-də başa çatmışdır;

Bakı-Quba avtomobil yolunun 28-ci kilometrliyində "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq "QAZEL" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "VAZ" markalı nəqliyyat vasitəsinin sürücüsü və sərnişin yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 14:49-da başa çatmışdır;

Xırdalan şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:30-da başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən orada heç kinim olmadığı müəyyən edilmişdir. Əməliyyat saat 20:22-də başa çatmışdır;   

Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə onikimərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 11-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:17-də başa çatmışdır;

Füzuli rayonu, 8 saylı Qayıdış qəsəbəsində (rayon mərkəzindən 33km aralı) ümumi sahəsi 56kv.m olan 2 otaqlı fərdi evin yanar konstruksiyaları 22kv.m sahədə yanmışdır. Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Xudat şəhərində vətəndaşa məxsus həyətyanı sahədə 6 ton ot  bağlaması yanmışdır. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda "Azərneftyağ" İB-ya məxsus hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 300kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.