Geri

22 dekabr 2010-cu il, saat 14:15-dək

Dənizin nəzarət olunan hissəsində suda batma təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:45-də başa çatmışdır.
Geri

22 dekabr 2010-cu il, saat 09:00-dək

Xaçmaz rayonu, Ləcəb Qışlaq kəndində vətəndaşa məxsus 7 ton ot bağlaması yanmışdır. Yanğın saat 11:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux şəhərində Təhsil Nazirliyinə məxsus "Gənc Liderlər" Təhsil, Təlim və İnkişaf İctimai Birliyinin yerləşdiyi ümumi sahəsi 45kv.m olan birmərtəbəli 2 otaqlı tikilinin yanar konstruksiyaları 25kv.m sahədə yanmışdır. Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Balçılı kəndində (rayon mərkəzindən 25km aralı) ümumi sahəsi 24kv.m olan birmərtəbəli 1 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Qoyunbinəsi kəndində (rayon mərkəzindən 28km aralı) vətəndaşa məxsus fermanın həyətinə yığılmış 20 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ferma yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Daş Salahlı kəndində (rayon mərkəzindən 9km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150kv.m olan yeməkxananın dam örtüyünün yanar konstruksiyaları və həmin yeməkxananın içərisində olan əşyalar 60kv.m sahədə yanmışdır. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

22 dekabr 2010-cu il, saat 17:00-dək

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 500kv.m olan birmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 25kv.m olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları tamamilə yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər qonşu mənzilləri yanğından mühafizə etmişlər. Yanğın saat 12:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Sitamurdov kəndində (rayon mərkəzindən 8km aralı) Sitamurdov Kənd Bələdiyyəsinə məxsus ərazidə 5000kv.m sahədə kol-kos yanmışdır. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.