Geri

20 dekabr 2010-cu il, saat 17:45-dək

Cəlilabad rayonu, Göytəpə qəsəbəsində ümumi sahəsi 80kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, 1-ci Şahsevən kəndində (rayon mərkəzindən 26km aralı) Rabitə və İnformasiya Texnologiyaları Nazirlinə məxsus ümumi sahəsi 64kv.m olan birmərtəbəli 2 otaqlı mərkəzi poçt binasının otaqlarından birində tavanın yanar konstruksiyaları 10kv.m sahədə və 1 ədəd surətçıxardan aparat yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın poçt işçiləri tərəfindən söndürülmüşdür.

Geri

20 dekabr 2010-cu il, saat 09:00-dək

Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Aran kəndində (rayon mərkəzindən 45km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Mürsəlli kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus ümumi sahəsi 239kv.m olan yeraltı tövlənin üst örtüyünün yanar konstruksiyaları 128kv.m sahədə və həmin tövlənin yaxınlığında yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Kəbirli kəndində (rayon mərkəzindən 35km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Hacımahmudlu kəndində (rayon mərkəzindən 30km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Boyat kəndində (rayon mərkəzindən 22km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 20kv.m  sahədə və həmin tövlənin yaxınlığında yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Baş Zəyzit kəndində (rayon mərkəzindən 40km arlı) dağlıq ərazidə 9ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:15-də yanğınsöndürənlər və kənd sakinlərinin birgə səyi nəticəsində söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, ruhi xəstə olan həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin eyvanından enərək 7-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:40-da baş çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda "Toyota" və "VAZ" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, yaralananlar olmuşdur. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 20:03-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80kv.m olan 5 otaqlı mənzilin yanar konstruksiyaları 10kv.m sahədə yanmışdır. Yanğın saat 06:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 36kv.m olan 3 otaqlı mənzildə 8kv.m sahədə ev əşyaları yanmışdır. Yanğın saat 08:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.