Geri

13 dekabr 2010-cu il, saat 09:00-dək

Qusar rayonu, Yuxarı Tahircal kəndində (rayon mərkəzindən 45km aralı) Yuxarı Tahircal Kənd Bələdiyyəsinə məxsus ərazidə meşə zolağında 3ha otlaq sahəsi yanmışdır. Meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş şəhərində Səhiyyə Nazirliyinə məxsus uşaq poliklinikasının ümumi sahəsi 200kv.m olan ikimərtəbəli binasında giriş qapısı qismən yanmışdır. Yanğın saat 14:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Tatarlı kəndində (rayon mərkəzindən 6km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonunda Şahdağ Milli Parkının ərazisində 4ha sahədə quru ot və kol-kos yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər park işçiləri ilə birlikdə yanğını söndürmüşlər. Meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonu, Rinə kəndində (rayon mərkəzindən 34km aralı) vətəndaşa məxsus ümumi sahəsi 63kv.m olan tövlənin yanar konstruksiyaları tamamilə yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Əliabad kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100kv.m sahədə və içərisinə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 03:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.