Geri

11 dekabr 2010-cu il, saat 09:00-dək

Şəki şəhərində ümumi sahəsi 150kv.m olan birmərtəbəli fərdi evin mətbəxində partlayış hadisəsi baş vermişdir. Yanğın olmamışdır. Nəticədə, mətbəxin qapısı yerindən çıxmış, pəncərə şüşələri sınmış, hadisə zamanı evdə olan 1 nəfər yanıq xəsarətləri almışdır. Yaralı xəstəxanaya aparılmışdır;

Şamaxı rayonu, Əhmədli kəndində (rayon mərkəzindən 35km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 3,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 15kv.m sahədə yanmış, yüksək temperaturdan dəhlizin asma tavanı 10kv.m sahədə ərimişdir. Yanğın saat 18:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzilə xilasedicilər tərəfindən baxış keçirilərkən 1925-ci il təvəllüdlü Maronina Ulyana Padarovna döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə zamanı U.Maroninanın vəfat etdiyi müəyyən edilmişdir. Əməliyyat saat 22:59-da başa çatmışdır.