Geri

10 dekabr 2010-cu il, saat 09:00-dək

Şəmkir rayonu, Üçtəpə kəndində (rayon mərkəzindən 12km aralı) ümumi sahəsi 70kv.m olan tövlənin yanar konstruksiyaları 30kv.m sahədə yanmışdır. Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; 

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 90kv.m olan ikimərtəbəli 4 otaqlı fərdi evin mətbəxində tavanın yanar konstruksiyaları 8kv.m sahədə, soyuducu, paltaryuyan, televizor və kondisioner yanmışdır. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Göyəm kəndində (rayon mərkəzindən 6km aralı) vətəndaşa məxsus ümumi sahəsi 35kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 15kv.m sahədə və həmin tövlənin çardağına yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Kolanı kəndində (rayon mərkəzindən 19km aralı) ümumi sahəsi 200kv.m olan təsərrüfat anbarının yanar konstruksiyaları 50kv.m sahədə yanmışdır. Yanğın saat 19:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Güyüm kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus ümumi sahəsi 41kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və həmin tövlənin içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 00:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 100kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin hamam otağında tavanın yanar konstruksiyaları 3kv.m sahədə yanmışdır. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.